Bank Of Baku

AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunacaq

AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunacaq
# 05 sentyabr 2012 13:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunacaq.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı yaxın günlərdə TÜRKAK mütəxəssislərinin Bakıya gəlişi gözlənilir. Artıq AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı İSO/İEC 17021:2011 «Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və auditini aparan orqanlara olan tələblər» standartına uyğun olaraq sənədlər dəstini TÜRKAK-a göndərib.

Qeyd edək ki, TÜRKAK Beynəlxalq Akkreditasiya Forumunun (İAF) tam hüquqlu üzvü olduğundan, təşkilat tərəfindən akkreditasiya olunmaqla AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı tərəfindən verilmiş sertifikatların xarici ölkələrdə tanınması imkanları genişlənəcək. Məqsəd istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirmək, müasir iqtisadiyyatın açarı sayılan standartlaşdırmanın çevik və məntiqli, Avropa İttifaqının tələbləri səviyyəsində daha geniş inkişafını təmin etməkdir.

Xatırladaq ki, AzTEST 2010-cu ilin iyun ayından milli akkreditasiya qurumu tərəfindən İSO seriyalı standartlar üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqan kimi akkreditasiya olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR