Bank Of Baku

«AirBaltic» Riqa-Bakı aviareysi üzrə uçuşları dayandırıb

«AirBaltic» Riqa-Bakı aviareysi üzrə uçuşları dayandırıb
# 06 sentyabr 2012 08:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Latviyanın «AirBaltic» aviaşirkəti Riqa-Bakı-Riqa aviareysləri üzrə uçuşları dayandırıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlar mövsümi xarakter daşıyıb və hazırda aviaşirkətin qərarı ilə Riqa-Bakı-Riqa aviareysi dayandırılıb: «Bu aviareys üzrə uçuşların gələn ilin yay ərəfəsində bərpa olunacağı gözlənilir. Lakin bu ilin sonunda, yəni Yeni il bayramı ərəfəsində Riqa-Bakı-Riqa birbaşa aviareysin yenidən bərpası da istisna deyil».

Bundan öncə «AirBaltic» aviaşirkətinin satış üzrə regional meneceri Yanis Romans (Janis Romans) «APA-Economics»ə verdiyi məlumatda aviaşirkətin Riqa-Bakı-Riqa marşrutu üzrə birbaşa sərnişin aviareyslərini müntəzəm həyata keçirmək niyyətində olduğunu bildirib: «Biz bu aviareysi müntəzəm təşkil etmək fikrindəyik. Hər şey tələbatdan asılı olacaq. Şirkət bu istiqamətdə müvafiq təhlil aparacaq ki, tələbat olduğu halda artıq gələn ildən Riqa-Bakı-Riqa marşrutu üzrə uçuşlar müntəzəm həyata keçiriləcək. Ümid edirəm ki, sözügedən aviareysə tələbat kifayət qədər olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR