Bank Of Baku

«Azercell» korporativ fakturalı xətt abonentləri üçün yeni kampaniya keçirir

«Azercell» korporativ fakturalı xətt abonentləri üçün yeni kampaniya keçirir
# 06 sentyabr 2012 10:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti korporativ fakturalı xətt abonentləri üçün «20 GB - 20 AZN» kampaniyasına start verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sözügedən kampaniya korporativ fakturalı xətt abonentlərinin mobil internetə olan tələbatının ödənilməsi və iş fəaliyyətinin optimallaşdırılması məqsədilə istifadəyə verilib.

Kampaniya eksklüziv olaraq bütün korporativ fakturalı xətt abonentləri üçün təqdim olunur. Kampaniyanın şərtlərinə əsasən, abonentlər hər ay 20 GB internet paketi üçün 20 manat (ƏDV daxil) ödəniş edəcək. Bundan başqa, abonentlərə pulsuz olaraq MiFi cihazı da hədiyyə olaraq təqdim ediləcək. MiFi cihazı vasitəsilə eyni zamanda 5 nəfər internetə qoşula biləcək. Abonentlər 21 Mbit/saniyəyə qədər sürət imkanından yaralana biləcək.

İlk faktura dövründə abonentlər 10 manat ödəniş edəcək. Güzəştli kampaniya əsasında abonentlər ən az 10 ay ərzində bu paketdən davamlı olaraq istifadə etməlidir. «Kampaniyanın daha bir üstünlüyü isə ondan ibarətdir ki, kampaniya bitdikdən sonra da abonentlər bu paketdən davamlı yararlana biləcək. Digər tərəfdən, kampaniyaya qoşulan bütün korporativ fakturalı xətt abonentləri üçün 20 GB paketi 20% endirimlə təqdim olunacaq . Bu kampaniya üzrə cihazların satışı və stimullaşdırılması Korporativ Satış şöbəsi tərəfindən həyata keçiriləcək. Sözügedən kampaniya yaxın gələcəkdə fərdi abonentlər üçün də təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR