Bank Of Baku

«Azərkosmos»un əməkdaşları Berlində keçirilən təlimdə iştirak edib

«Azərkosmos»un əməkdaşları Berlində keçirilən təlimdə iştirak edib
# 07 sentyabr 2012 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərkosmos» ASC-nin əməkdaşları Berlində (Almaniya) «Peyk mühəndisliyi» mövzusunda keçirilən təlimdə iştirak edib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, təlimdə «Azərkosmos»un mütəxəssisləri kosmik missiyalar və peyk layihələrinin idarə olunması, peyk mühəndisliyi və peyklərin idarə edilməsi, peyk rabitə sistemləri, orbital mexanika, yerüstü stansiya şəbəkəsi, peyk sistemləri və təsisatlarının sınaq prosesi kimi bir sıra mühüm mövzularda konseptual biliklərə, həmçinin peyk mühəndisliyi üçün tələb olunan praktik bacarıqlara yiyələniblər.

Bu təlim Almaniyanın Kosmik Texnologiyalar və Mühəndislik təşkilatı tərəfindən təşkil olunub və Azərbaycan kimi kosmik fəaliyyətə yeni başlayan bir sıra ölkələrin mütəxəssisləri üçün nəzərdə tutulub.

Təlim müddətində iştirakçılar Almaniyanın Neusterlitz şəhərində yerləşən məsafədən zondlama peykləri üzrə yerüstü idarəetmə stansiyasında, eyni zamanda peyk platformalarının yığıldığı laboratoriyada da olmuş, yerüstü stansiyanın iş mexanizmi və peyk platformalarının sınaq prosesləri ilə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR