Bank Of Baku

Bakıda «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgisi keçirilir

Bakıda «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgisi keçirilir
# 10 sentyabr 2012 08:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycanda ilk dəfə «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgi işə başlayıb.

APA-ECONOMICS”in xəbərinə görə, «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilən tədbir iki gün davam edəcək.

Bakı konqresi beynəlxalq ictimaiyyət tərəfindən də dərhal böyük maraqla qarşılanıb. Azərbaycan, Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Kanada, Koreya və digər ölkələrin alim və mütəxəssisləri, habelə maraq göstərən təşkilat və şirkətlər bu konqresdə iştirak edəcəklərini bildiriblər. Ümumilikdə konfransa 300 nümayəndə akkreditə olunub. Konqreslə birlikdə sərgi təşkil olunacaq. Bu sərgidə qabaqcıl şirkətlər öz tunel tikinti layihə və texnologiyalarını nümayiş etdirəcək.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Memarlıq və İnşaat Universiteti, Fransa Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (AFTES), Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (ITA) və Azərbaycan Tunelçilər Birliyi tərəfindən birbaşa dəstək verilir.

Tədbirin sponsorları siyahısına «AzərTunelMetroTikinti» ASC, «Herrenknecht», «Vinci Construction», «Bouygues TP», «Tikilən Bakı Metropoliteni», «Körpü-Bina Tikinti», «AzərKörpü» və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi» şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR