Bank Of Baku

Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası Azərbaycanla əməkdaşlıq etmək istəyir

Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası Azərbaycanla əməkdaşlıq etmək istəyir
# 10 sentyabr 2012 09:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası və qurumun üzvləri Azərbaycanla tunel tikintisi sahəsində əlaqələr qurmaq və əməkdaşlıq etmək niyyətindədir.

APA-ECONOMICS”in xəbərinə görə, bunu Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyasının fəxri prezidenti Alan Balan Bakıda keçirilən «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgisində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Bakıda “MetroTunelTikinti” ASC və Nəqliyyat Nazirliyində keçirdikləri görüşlərdə Azərbaycan rəsmiləri fransız investorları üçün açıq iradə nümayiş etdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR