Bank Of Baku

Azərbaycan paytaxtının 76%-i metro ilə təmin olunacaq

Azərbaycan paytaxtının 76%-i metro ilə təmin olunacaq
# 10 sentyabr 2012 09:46 (UTC +04:00)
APA-ECONOMICS”in xəbərinə görə, bunu Bakı Metropolitenin sədr müavini Arif Rəsulov Bakıda keçirilən «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgisində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq metronun iki mövcud xətti genişləndiriləcək. Nəticədə 3 əlavə yeni xətt çəkiləcək, yeni 84,3 km metro xətti və 53 yeni stansiya tikiləcək. Yeni stansiyalar şəhərin mövcud yeraltı keçid şəbəkəsi ilə, şəhər sərnişin nəqliyyatının digər növləri ilə, eləcə də inşa ediləcək avtodayanacaqlar və ticarət mərkəzləri ilə birləşdiriləcək.

A.Rəsulov qeyd edib ki, metronun inkişaf sxeminə əsasən, Bakının mərkəzi hissələri metro ilə tam əhatə olunacaq və əhalinin daha sıx məskunlaşdığı ətraf ərazilərə də metro xətləri çəkiləcək: “Bakının sərnişindaşımasında metronun alternativi yoxdur: “Paytaxt üzrə sərnişindaşımanın 30%-i metronun payına düşür. Metro ilə ildə 200 mln, gündə 500 min sərnişin daşınır. Bu sahədə rekord 2011-ci ilin mayında vurulub – gündə 770 min nəfər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR