Bank Of Baku

Bakı metrosunun genişləndirilməsi 8-9 mlrd. manata başa gələcək

Bakı metrosunun genişləndirilməsi 8-9 mlrd. manata başa gələcək
# 10 sentyabr 2012 12:36 (UTC +04:00)
APA-ECONOMICS”in xəbərinə görə, bunu Bakı Metropolitenin sədr müavini Arif Rəsulov Bakıda keçirilən «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı beynəlxalq konqres-sərgisində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, metropolitenin perspektiv inkişaf planına əsasən 53 yeni stansiya, 84,3 kilometr yeni metro xətti və ya 165 km-dən çox tunel çəkilməlidir: «1 km metro xətti təqribən 100-110 mln. manata başa gəlir. Bura stansiya, qatar, axırıncı kabellərə qədər hər şey daxildir. 84 km-dən artıq metro xəttinin çəkiləcəyini nəzərə alanda bunu hesablamaq olar».

Qeyd edək ki, bu hesablamalara əsasən metronun genişləndirilməsi 8,4-9,3 mlrd. manata başa gələcək.

A.Rəsulov bildirib ki, «28 May» metro stansiyası sentyabrın 15-də işə düşəcək: «Yeni təhsil ilinin başlanması ilə əlaqədar sentyabrın 15-də səhər saat 6-da yeni stansiya işə başlayacaq. Təmir işləri çərçivəsində stansiyada 3 əvəzinə 4 eskalator quraşdırılıb. Bunlardan 2-si 1 metr, 2-si 80 santimetr enindədir. Bu da yenilikdir».

Bundan başqa, Bakı Metropoliteninin köhnə stansiyalarının təmiri davam edəcək. 2013-cü ildə «Sahil», «Nizami» və ya «Xətai» stansiyalarından birinin təmirinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR