Bank Of Baku

Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinə 1,6 min müraciət daxil olub

Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinə 1,6 min müraciət daxil olub
# 11 sentyabr 2012 15:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin avqust ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 17 577 müraciət daxil olub.

Nazirliyin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bu müraciətlərin 8 355-i müfəttiş-operatorlar tərəfindən canlı rejimdə, 9 222-si elektron operator tərəfindən avtomatik rejimdə cavablandırılıb.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olan müraciətlər sırasında elektron xidmətlər (22,1%), qeydiyyat prosesi (16,5%), vergi növləri (16,5%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (9,2%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (7,2%), hesabatlar və onların doldurulma qaydaları barədə (4,4%) məlumatların əldə edilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Hesabat dövründə sual xarakterli müraciətlərin 98,9%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılıb, 1,1%-i barədə isə müvafiq araşdırılma aparılması üçün sual vərəqəsi tərtib edilib. 72 müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilib. Avqust ayında Telefon Məlumat Xidməti tərəfindən vergi ödəyicilərinə 23831 SMS göndərilib, ikitərəfli SMS xidməti istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR