Bank Of Baku

“Hyundai” avtomobil sahiblərini “Mən də iştirak edirəm” deməyə səsləyir

“Hyundai” avtomobil sahiblərini “Mən də iştirak edirəm” deməyə səsləyir
# 12 sentyabr 2012 11:00 (UTC +04:00)
“Hyundai” brendinin Azərbaycandakı eksklüziv distribüteri “Auto Azərbaycan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, “Gələcəyimiz üçün əl-ələ” adlanan kampaniya bütün Azərbaycanı əhatə edir.

Qəzanın baş verdiyi avtomobilin markasından, günahkarın kimliyindən asılı olmayaraq, avtomobil qəzalarının ehtiyac içinə saldığı hər bir ailə yardım üçün müraciət edə bilər. Müraciətlər “Auto Azərbaycan” şirkətinin ofisində qəbul olunur.

“Hyundai” markasının sürətlə inkişafında və şirkətin genişlənməsində “Hyundai” avtomobil sahiblərinin rolu əvəzsizdir. Brendə qatdıqları yüksək dəyərə görə “Gələcəyimiz üçün əl-ələ” kampaniyasında bütün “Hyundai” sahiblərinin iştirak payı var.

“Hyundai markasının məqsədi bu kampaniya barədə daha geniş məlumat yaymaq və zərər çəkmiş daha çox ailəyə yardım etməkdir. Buna görə də “Gələcəyimiz üçün əl-ələ” kampaniyasında “Mən də iştirak edirəm” deyən, sosial media səhifələrində və avtomobillərində bu aksiyada iştiraklarını bildirən nişanları paylaşan və ya gəzdirən hər bir “Hyundai” sahibinə təşəkkür edirik” - deyə kampaniyanın başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında “Auto Azərbaycan” şirkətinin PR meneceri Firdovsi Xəlilov bildirib.

F.Xəlilov qeyd edib ki, “Gələcəyimiz üçün əl-ələ” kampaniyası “Hyundai” şirkətinin bütün dünyada həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramının bir hissəsidir. Kampaniya 2010-cu ildən Azərbaycanda keçirilir. 2010-2011-ci illərdə 130-a yaxın uşağa 150 min dollaradək yardım edilib.

Avtomobil qəzalarından zərər çəkən ailələrdən müraciətlər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 118 (keçmiş Dərnəgül şosesi) ünvanında qəbul edilir.

Müraciət qaydalarını öyrənmək üçün (+99412) 490 2626 (əlavə: 5105/06) saylı telefona zəng etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR