Əmlak Məsələləri Dövlət Komitəsinin Beşillik Strateji Planı hazırlanır
ƏMDK-dan «APA-Economics”ə verilən məlumata görə, Beşillik Strateji Plan qarşıdakı dövrdə komitənin fəaliyyətinin daha çevik, modern və şəffaf mexanizmlər əsasında qurulması, dövlət əmlakından istifadənin və özəlləşdirmənin səmərəliliyinin artırılması, həmçinin daşınmaz əmlak idarəçiliyinin və qeydiyyat sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin geniş tətbiq edilməsi, vətəndaşların və biznes qurumlarının daha müasir xidmətlərlə təmin edilməsi hədəflərinə yönələcək. Beşillik Strateji Planda “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin əsas icraçı təşkilatı kimi Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət qurumu olaraq, fəaliyyətinin müasirləşdirilməsi əsas prioritetdir.
Beşillik Strateji Planın hazırlanması məqsədilə Dünya Bankının dəstəyi ilə Niderland Krallığından və Almaniyadan olan müvafiq təcrübəyə malik dörd beynəlxalq məsləhətçi - Piter Plantinqa, Andre Kvitovski, Piter Laarakker, Fritz Diqmayer cəlb edilib. Beynəlxalq ekspertlər və komitə mütəxəssisləri tərəfindən bir il ərzində Beşillik Strateji Planının və Birillik Fəaliyyət Planının hazırlanması nəzərdə tutulur.
Hazırda beynəlxalq ekspertlər ikinci missiya çərçivəsində Bakıdadırlar. Beynəlxalq məsləhətçilər Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmri ilə yaradılmış xüsusi işçi qrupunun iştirakı ilə dövlət əmlakının idarə edilməsi, ondan səmərəli istifadə, özəlləşdirmə, daşınmaz əmlakın qeydiyyatı və vahid kadastrı, ünvan reyestri sahəsində kompleks təhlil və monitorinqlər aparacaqlar. Təhlil və araşdırmalar əsasında uzunmüddətli fəaliyyətlərin planlaşdırması, maliyyə, texniki və kadr resurslarının səfərbər olunması, effektiv maliyyələşdirmə mexanizmləri, dövlət qurumu kimi əsas vəzifələrin icrası zamanı şəffaflıq və səmərəliliyin artırılması ilə bağlı hədəf və istiqamətlər müəyyən ediləcək. İşçi qrupuna komitənin aidiyyəti qurumları və beynəlxalq məsləhətçilərlə səmərəli fəaliyyətini təşkil etmək, öz fəaliyyətini Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi ilə çevik əlaqələndirmək barədə tapşırıqlar verilib.
Beşillik Strateji Plan müvafiq xidmətlərin daha etibarlı göstərilməsi, xidmət standartlarının yüksəldilməsi, İT strategiyaları, kadr resurslarının inkişafı, texniki planlar, əhaliyə davamlı və qənaətcil xidmətlərin göstərilməsi sahəsində komtədaxili strategiyanın hazırlanmasını əhatə edəcək.
Eyni zamanda insan resurslarının idarə edilməsi və inkişafı, vətəndaşlarla münasibətdə davranışın nizamlanması, peşəkarlığın daha da artırılması ilə bağlı araşdırmalar həyata keçiriləcək. Komitənin dayanıqlı fəaliyyəti üçün investisiyalar, xərclərin planlaşdırılması və büdcə tərtibatı prosesləri, göstərilən xidmətlərin tarifləri üzrə qabaqcıl təcrübələr öyrəniləcək. Beşillik Strateji Planın həyata keçirilməsinin əsas məqsədləri dövlət əmlakının idarəçiliyi və özəlləşdirmənin səmərəliliyinin artırılması, bu sahədə yeni yanaşmalar və mexanizmlərinin tətbiqi, dövlət əmlakının özəlləşdirilməsi zamanı keçirilən hərraclarda elektron idarəetmənin tətbiqinin daha da genişləndirilməsi, daşınmaz əmlakın qeydiyyatında xidmət keyfiyyətinin artırılması, kadastr və məkan məlumatları infrastrukturunun, elektron xidmətlərin tətbiqinin genişləndirilməsidir.
İnfrastruktur
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Baş katib: Zəngəzur dəhlizi Avropaya yük daşımalarında məsafə və xərcləri azaldacaq
Xəbər Lenti
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq
Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq
Almaniya Kansleri: Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır
Ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb