Bank Of Baku

Bölgələrdə rəqəmsal televiziyanın siqnalları məhdudlaşdırılır

Bölgələrdə rəqəmsal televiziyanın siqnalları məhdudlaşdırılır
# 13 sentyabr 2012 12:05 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Bölgələrdə rəqəmsal televiziyanın siqnalları məhdudlaşdırılır və keyfiyyəti aşağıdır. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan, Salyan və Sabirabad sakinlərindən müraciətlər daxil olub.

Onların dediyinə görə, küləkli havalarda rəqəmsal televiziyalarda görüntülərin keyfiyyəti aşağı düşür və ekranda kadrların dayanması baş verir. Digər tərəfdən, mütəmadi olaraq gecə saat 02:00-da Mil-Muğan bölgəsi ərazisində rəqəmsal televiziyanın siqnalı söndürülür ki, bu da vətəndaşların narazılığına səbəb olur.

Sakinlər qeyd edir ki, əksəriyyəti yeni sistemli 12 kanaldan ibarət paketi qəbul edən qurğular alaraq rəqəmsal teleyayımın xidmətindən istifadə etməyə başlasalar da, yaranmış problemin ucbatından bu xidmətdən tam yararlana bilmirlər.

Yerli teleötürücülərin əməkdaşları isə bildirirlər ki, onlara saat 02:00-da rəqəmsal ötürücünün söndürülməsi barədə göstəriş verilib. Amma Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov APA-ya açıqlamasında bunu təkzib edib: “İdarə tərəfindən sözügedən regionda rəqəmsal televiziyanın siqnalının söndürülməsi barədə heç bir göstəriş verilməyib və yayımda olan problemlərin idarə ilə heç bir əlaqəsi yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR