Bank Of Baku

Azərbaycanda məişət tullantılarının basdırılması qadağan edilib

Azərbaycanda məişət tullantılarının basdırılması qadağan edilib
# 13 sentyabr 2012 13:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanın baş naziri Artur Rasizadə «Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları»nda dəyişikliklər edilməsi barədə qərar imzalayıb. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağan edilir. Həmçinin qərarla şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR