Bank Of Baku

Azərbaycanda daşınmaz əmlaka dair çıxarış və arayışların verilməsi müddəti açıqlanıb

Azərbaycanda daşınmaz əmlaka dair çıxarış və arayışların verilməsi müddəti açıqlanıb
# 13 sentyabr 2012 13:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində mövcud qaydalarının sadələşdirilməsi, sənədlərin təqdimetmə müddətlərinin azaldılması istiqamətində işlər görür.

ƏMDK-dan «APA-Economics»ə verilən məlumata görə, vətəndaşlar tərəfindən əmlakları üzərində hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daxil olan müraciətlərə 20 gündən gec olmayaraq baxılır və əmlakın dövlət qeydiyyatı ilə bağlı müvafiq çıxarışlar təqdim edilir.

ƏMDK vətəndaşların müraciətlərində böyük yer tutan məhdudlaşdırma arayışlarının (Forma 1) verilməsi müddətini də xatırladıb. Komitədən bildirilib ki, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (Forma 1) dair dövlət reyestrindən arayışlar ərazi qeydiyyat idarələri tərəfindən müraciət daxil olduğu gündən 5 iş günündən gec olmayaraq verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR