Bank Of Baku

“Bakmil” stansiyasına gedən qatarların qrafiki Bakı Metropoliteninin saytında göstəriləcək

“Bakmil” stansiyasına gedən qatarların qrafiki Bakı Metropoliteninin saytında göstəriləcək
# 14 sentyabr 2012 09:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bundan sonra Bakı Metropoliteninin sərnişinləri «Bakmil» stansiyasına hansı qatarların gedəcəyini əvvəlcədən internetdə görə biləcəklər.

Bakı Metropolitenindən «APA-Economics»ə verilən məlumata görə, sərnişinlərin marağını nəzərə alaraq «Nərimanov» stansiyasından «Bakmil» stansiyasına və əks istiqamətdə, yeni qrafik üzrə qatarların hərəkət cədvəli sentyabrın 17-dən metro.gov.az saytının xüsusi banner-bölməsində dərc olunacaq.

«Sərnişinlər hansısa stansiyadan qatarların «Bakmil» stansiyası istiqamətində hərəkət vaxtını müəyyənləşdirmək üçün saytımızda (metro.gov.az) xüsusi banner-bölmədə yerləşdirilmiş interaktiv xəritədən istifadə etməklə müəyyən edə bilərlər» - deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR