Bank Of Baku

Azərbaycanda İKT müəssisələrinin müştərilərə göstərdiyi xidmətlərin həcmi 19% artıb

Azərbaycanda İKT müəssisələrinin müştərilərə göstərdiyi xidmətlərin həcmi 19% artıb
# 17 sentyabr 2012 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 898,3 mln. manat dəyərində xidmət göstərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilə nisbətən 18,7% artıb. Xidmətlərin 72,2%-i əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 74,8%-i qeyri-dövlət sektorunun payına düşüb.

«Eyni zamanda, hesabat dövründə əldə olunan gəlirin 59,9%-i mobil rabitənin payına düşüb ki, bu da 2011-ci ilin analoji dövrü ilə müqayisədə 16,5% çoxdur. Bu dövrdə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin ümumi həcmi 537,7 mln. manat təşkil edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR