Bank Of Baku

Azərbaycanda «Facebook» istifadəçilərinin sayı son yarımildə 12% artıb

Azərbaycanda «Facebook» istifadəçilərinin sayı son yarımildə 12% artıb
# 17 sentyabr 2012 09:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Facebook» sosial şəbəkəsindən istifadə edənlərin sayı 872 mini ötüb. «APA-Economics»in məlumatına görə, bu barədə sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers» Mərkəzinin məlumatında bildirilir.

Mərkəzin məlumatına əsasən, son 6 ay ərzində Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 90 640 və ya 11,6%, son 3 ay ərzində 80 040 və ya 10%, son 1 ay ərzində isə 18 760 və ya 2,2% artıb.

Hazırda Azərbaycan «Facebook» istifadəçilərinin sayına görə dünya üzrə tərtib edilmiş ümumi siyahıda 84-cü yerdə qərarlaşıb, halbuki iyul ayında Azərbaycan 85-ci, iyunda 86-cı, mayda 87-ci, yanvarda isə 91-ci yerdə olub.

Azərbaycan son reytinqdə Gürcüstan (85), Qazaxıstan (100), Estoniya (105), Belarus (108), Latviya (110), Ermənistan (113), Moldova (118), Özbəkistan (136), Qırğızıstan (155), Tacikistan (172) və Türkmənistanı (202) qabaqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR