Bank Of Baku

Sentyabrın 20-də «Milli Net 2012» milli internet mükafatına start veriləcək

Sentyabrın 20-də «Milli Net 2012» milli internet mükafatına start veriləcək
# 17 sentyabr 2012 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 20-də Azərbaycanda «Milli Net 2012» milli internet mükafatına start veriləcək.

Müsabiqənin təşkilatçılarının «APA-Economics»ə verdiyi məlumata görə, «Milli Net»in keçirilməsində məqsəd ölkədə İKT sektorunun, xüsusilə də internetin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarının təbliğini aparmaq və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir.

Bu il keçiriləcək «Milli Net 2012»-nin qaydalarında müəyyən dəyişikliklər edilib. Ötən ildən fərqli olaraq, 2 yeni nominasiya əlavə olunub və nominasiyaların sayı artırılaraq 13-ə çatdırılıb. Müsabiqə Korporativ saytlar, İctimai-sosial saytlar, Media və İnformasiya, Mədəniyyət, incəsənət və turizm saytları, Ailə, uşaq və sağlamlıq, Asudə vaxt, idman və əyləncə, Bloqlar, Elm və təhsil, Dövlət və bələdiyyə saytları, Xidmət (Servis), İstifadəçi kontenti üzərində qurulmuş saytlar, Ən yaxşı sosial şəbəkə və «StartUp 2012» nominasiyaları üzrə keçiriləcək.

Müsabiqə iştirakçıları Ən yaxşı sosial şəbəkə nominasiyasına istifadəçilərlə informasiya münasibətlərini və xidmətlər göstərilməsini aktiv formada «Facebook» səhifəsi üzərindən həyata keçirən qurumlar öz «Facebook» səhifələrini təqdim edə bilər.

Eyni zamanda, Azənetdə yeni saytların yaranmasını stimullaşdırmaq üçün «StartUp 2012» nominasiyası əlavə olunub. Bu nominasiya üzrə yalnız 2012-ci ilə fəaliyyətə başlayan internet layihələr və saytlar yarışmaya qəbul ediləcək.

Ötən il olduğu kimi, qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. Münsiflər heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra ictimaiyyət üçün açıqlanacaq.

Ötən illərdə olduğu kimi, bu il də müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.

Qeydiyyat prosesi sentyabrın 20-də başlayacaq və noyabrın sonunda başa çatacaq. Səsvermə prosesi dekabrın 15-dək davam edəcək. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR