Bank Of Baku

“Lufthansa” aviaşirkəti aviabiletlərin qiymətini artırıb

“Lufthansa” aviaşirkəti aviabiletlərin qiymətini artırıb
# 18 sentyabr 2012 14:10 (UTC +04:00)
Bakı – APA-Economics. Almaniyanın “Deutsche Lufthansa AG” aviaşirkəti xərclərin artması səbəbindən uzaq reyslərə biletlərin qiymətini artırmaq qərarına gəlib.

APA-Economics”in “MarketWatch”a istinadən xəbərinə görə, bahalaşma barədə qərar dərhal qüvvəyə minib.

“Lufthansa”nın aviareyslərində ekonom-klass biletləri (hər iki tərəfə) 20 avro, biznes-klass biletləri 60 avro, birinci sinif biletlər isə 100-150 avro bahalaşıb. Bahalaşma aviaşirkətin törəmə müəssisələrinə - “Austrian Airlines” və “Swiss Air” şirkətlərinə də şamil olunub.

“Lufthansa”nın Bakıdakı ofisindən “APA-Economics”ə bahalaşmanın Azərbaycana aviauçuşlara şamil olunmayacağı bildirilib.

Qeyd edək ki, sentyabrın əvvəlində “Lufthansa”nın təyyarə bələdçiləri son illərin ən böyük tətil aksiyasına əl atıb. Onlar maaşlarının 5% artırılmasını və müvəqqəti işçi cəlb etmək praktikasına son qoyulmasını tələb ediblər. Tətil nəticəsində 1200 aviareys təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR