Bank Of Baku

«Nokia» şirkəti «Lumia» telefonlarının imkanlarını artıracaq

«Nokia» şirkəti «Lumia» telefonlarının imkanlarını artıracaq
# 18 sentyabr 2012 15:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. «Nokia» şirkəti özünün flaqman modeli olan «Lumia» modellərinin funksionallığının artırılacağını elan edib. «Bu telefonların istifadəçiləri üçün əvvəlki kimi yeni xidmətlərin, yenilənmə və proqramların sayı artırılacaq», - deyə şirkətin yaydığı açıqlamada bildirilir.

«APA-Economics»in «Nokia» şirkətinə istinadən məlumatına görə, yaxın vaxtlarda «Lumia» telefonlarında «Windows Phone 8»in start ekranına bənzəyən ekran, ringtonların (telefon zəngləri üçün melodiya) hazırlanması üçün əlavə, eləcə də telefonda olan əlaqələrin təkcə SMS və electron poçt vasitəsilə yox, həm də blutuz vasitəsilə göndərilməsi, eləcə də başqa telefonlara media faylların (şəkil, musiqi və video) blutuz vasitəsilə ötürülməsi imkanı tətbiq olunacaq.

Qeyd edək ki, indiyədək «Lumia» modellərinin istifadəsində əsas narahatlıq telefondakı media fayllarının blutuz vasitəsilə başqa telefonlara göndərilə bilməməsi idi. Yəni istifadəçilər belə faylları yalnız elektron poçt vasitəsilə göndərə bilərdilər ki, bu da həmişə əlverişli olmurdu. İndi isə bu problem aradan qalxacaq.

Bu yeniliklər bütün «Nokia 610», «Nokia 710», «Nokia 800» və «Nokia 900» telefonlarına şamil olunacaq. «Bundan əlavə, Nokia şirkəti eksklyuziv olaraq ancaq Lumia telefonları üçün yeni əlavələr yaramağa davam edir» - deyə açıqlamada bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR