Bank Of Baku

Sədr müavini: «Azərbaycan vətəndaşlarının daşınmaz əmlakların qeydiyyatına həvəsi artıb»

Sədr müavini: «Azərbaycan vətəndaşlarının daşınmaz əmlakların qeydiyyatına həvəsi artıb»
# 19 sentyabr 2012 10:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Son illər görülmüş tədbirlər nəticəsində Azərbaycan vətəndaşlarında özlərinə məxsus daşınmaz əmlakların qeydiyyatına həvəs artıb. “APA-Economics”in xəbərinə görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilov bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə 147 mindən artıq əmlak qeydiyyata alınıb ki, bu da əvvəlki ilə nisbətən 1,5 dəfə artıqdır: “Bu ilin 8 ayında da qeydiyyatın nəticələri ötən ilin eyni dövrünə nisbətən çoxdur”.

R.Cəlilov deyib ki, may ayından etibarən ƏMDK-da elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar evlərindən çıxmadan internet vasitəsilə əmlaklarını qeydiyyatdan keçirə və ya başqa əməliyyatlar apara bilərlər: “Bu yaxınlarda komitədə qeydiyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlər planı işlənib hazırlanıb. Biz bu tədbirlər nəticəsində elektron xidmətlərin sayını və keyfiyyətini daha da artıracağıq. Hazırda əmlakın qeydiyyatı ilə bağlı çıxarışların və məhdudiyyət arayışlarının alınması barədə müraciətlər elektron formada qəbul olunur, gələcəkdə isə ipotekanın qeydiyyatı və ləğvi, hüquqların tanınması və digər xidmətlərin de elektron formada təqdim edilməsi nəzərdə tutulur”.

Sədr müavini bildirib ki, ümumiyyətlə, “Daşınmaz əmlakın qeydiyyatı Layihəsi” çərçivəsində görülmüş tədbirlər ölkədə biznes mühitinin yaxşılaşmasına da kömək edəcək: “Biznes mühiti yaxşılaşmaqda davam edəcək və əhalinin öz əmlaklarını qeydiyyatdan keçirməsi həmin əmlakdan biznes məqsədilə istifadəyə imkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR