Bank Of Baku

Azərbaycan İtaliyada keçirilən Beynəlxalq Bərk Məişət Tullantıları Konqresində iştirak edib - FOTO

Azərbaycan İtaliyada keçirilən Beynəlxalq Bərk Məişət Tullantıları Konqresində iştirak edib - <font color=red>FOTO</font>
# 20 sentyabr 2012 10:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Təmiz Şəhər» ASC Azərbaycanı Florensiyada (İtaliya) keçirilən Beynəlxalq Bərk Məişət Tullantıları Konqresində təmsil edib.

«Təmiz Şəhər»dən «APA-Economics»ə verilən məlumata görə, 3 gün davam edən tədbirdə bir çox ölkələrin hökumət nümayəndələri, elm xadimləri, tullantıların idarəolunması sahəsində aparıcı şirkətlərin nümayəndələri tullantıların idarəedilməsi sənayesinin effektivliyini müzakirə etmək məqsədilə bir araya toplaşıb.

Konqresin əsas müzakirə obyekti bu yaxınlarda keçirilmiş RİO+20 Sammitində qaldırılan inkişaf etmiş ölkələrdə tullantıların idarəolunması sahəsindəki böhran, ən effektiv texnoloji və siyasi həll yolları olub. Hər bir qitədən 900-dən artıq nümayəndə tullantıların idarəolunması sahəsindəki irəliləyişlərlə tanış olub və bu sahədəki nailiyyətlərini bölüşüb. Müxtəlif ölkələrdən 245 məruzəçi tullantıların idarəedilməsi sahəsində təcrübə və fikirlərini iştirakçılarla paylaşıb.

Tədbirdə «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycanda tullantıların idarəolunması sahəsinin inkişafı haqqında məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda bu sahədə görülən işlər, «Təmiz Şəhər» ASC-nin həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilib. Z.İbrahimov qeyd edib ki, tullantıların idarəolunması sənayesi Azərbaycanda yenicə formalaşmağa başlayan sahə olmasına baxmayaraq, son zamanlar bu sahədə böyük irəliləyişlər edilib: «Tullantıların düzgün idarəedilməsi sisteminin yaradılması məqsədilə müasir standartlara uyğun poliqonun qurulması, ildə 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231 mln. kVt/saat enerji istehsal edəcək zavod və illik 200 min ton gücə malik tullantıların çeşidlənməsi zavodlarının tikintisi üzrə işlər yekunlaşmaq üzrədir».

Eko-Sənaye Parkının yaradılması ilə bağlı görülən işlər, nəzərdə tutulan tədbirlər və Azərbaycanda yaşıl biznesin inkişaf imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verən Z.İbrahimov tullantıların idarəedilməsi sahəsində Azərbaycan təcrübəsinin inkişaf etməkdə olan ölkələr üçün uğurlu nümunə ola biləcəyini vurğulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR