Bank Of Baku

Ağsu rayonu ilə beş kəndi birləşdirən yeni körpü istifadəyə verilib

Ağsu rayonu ilə beş kəndi birləşdirən yeni körpü istifadəyə verilib
# 20 sentyabr 2012 13:58 (UTC +04:00)
Ağsu. Elvin Yaqubov – APA. Ağsu çayı üzərində yeni inşa edilən avtomobil körpüsü istifadəyə verilib.

APA-nın məlumatına görə uzunluğu 84, eni isə 11 metr olan üçaşırımlı yeni körpüdə ikitərəfli piyada keçidi də var. “Körpü-Bina Tikinti” MMC tərəfindən inşa olunan körpünün sağ və sol sahillərdə sel-sularından mühafizə məqsədilə 295 metrlik istinad divarları da tikilib.

Qeyd edək ki, körpü rayon mərkəzi ilə Ağsunun 5 dağ kəndini - Kalva, Dilman, Xatman, Hacman və Suraxanı kəndlərini birləşdirir. Ötən il Ağsu çayına gələn güclü sel səbəbindən köhnə körpü dağılaraq yararsız hala düşüb. Kəndlərin sakinləri və nəqliyyat vasitələri bir ildir ki, suyun az olduğu vaxtlarda çayın içindən keçməklə hərəkət edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR