Bank Of Baku

Bu il İsrail-Azərbaycan İKT biznes forumunun keçirilməsi planlaşdırılır

Bu il İsrail-Azərbaycan İKT biznes forumunun keçirilməsi planlaşdırılır
# 21 sentyabr 2012 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Rafael Harperlə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda fəaliyyəti müddətində səfir kimi prioritet məqsədlərindən söz açan R.Harper iki ölkə arasında İKT sahəsində intensiv əlaqələrin, o cümlədən əməkdaşlığın daha sıx zəmin üzərində qurulmasında maraqlı olduğunu vurğulayıb. İsrailin telekommunikasiya sahəsində çalışan bəzi şirkətlərinin hazırda Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edən səfir cari ilin noyabrında İsraildə keçiriləcək kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə nazir Ə.Abbasovun rəsmi dəvət olunduğunu xatırladıb.

Səfir qeyd edib ki, bu səfər çərçivəsində İKT üzrə infrastruktur layihələri, o cümlədən «Ağıllı şəhər», kibertəhlükəsizlik və s. kimi layihələrlə yaxından tanışlıq, İsrailin İKT sahəsində qabaqcıl şirkətlərinin rəhbərləri ilə görüş, həmçinin naziri bu tədbirdə müşayiət edəcək azərbaycanlı sahibkarlarla qarşılıqlı forumun keçirilməsi də nəzərdə tutulur.

Öz növbəsində Ə.Abbasov Azərbaycan-İsrail İKT münasibətlərinin inkişafını yüksək qiymətləndirərək, İsrail şirkətlərinin İKT sektoruna yatırdıqları sərmayələrin iqtisadiyyatın inkişafında vacib rol oynayacağını bildirib və cari ilin noyabr ayında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna, həmçinin «Bakutel-2012» sərgi-konfransına israilli həmkarının dəvət olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR