Bank Of Baku

Çinin “Huawei” şirkəti İranın milli internet şəbəkəsinin infrastrukturunu hazırlayıb

Çinin “Huawei” şirkəti İranın milli internet şəbəkəsinin infrastrukturunu hazırlayıb
# 21 sentyabr 2012 10:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran dünyaya açılan tək pəncərəsi olan internetin də yerli versiyasını işə salır.

APA-nın məlumatına görə, bu ayın sonuna qədər rəsmi təşkilatların istifadəsinə veriləcək yeni internet şəbəkəsi ilə İran qlobal internetdən qopacaq. Bununla da müxaliflərin xarici dünyaya açılması çox çətinləşəcək.

ABŞ-ın “The Washington Post” qəzetinin yazdığına görə, İran hökuməti Qərbin təsirini məhdudlaşdırmaq və kiberhücumlara qarşı dayanmaq məqsədilə milli internet şəbəkəsi yaratmaqda qərarlıdır. Xəbərdə bildirilir ki, qlobal internetdən ayrılacaq olan milli şəbəkə üçün artıq texniki infrastruktur hazırlanmağa başlanıb: “İran hökuməti bundan əvvəl qapalı internet şəbəkəsinin infrastrukturu ciddi sərmayə tələb etdiyindən, məsələyə şübhə ilə yanaşmışdı. Ancaq ölkə rəhbərliyi nüvə obyektlərinə qarşı kiberhücumların artmasından sonra bununla bağlı işlərini sürətləndirdi. Ötən ay İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sentyabrın sonunadək hökumət təşkilatları və hərbi orqanlarn yeni şəbəkəni istifadə edəcəyini açıqlamışdı”.

Qəzet yazır ki, amerikalı mütəxəssislər ilk dəfə İranın öz planlarına uyğun bir əməliyyat şəbəkəsi yaratdıqlarına dair dəlillər əldə edib: “Hətta İran özünəməxsus süzgəc üsulunu da inkişaf etdirib. Şəbəkənin infrastrukturu isə Çinin dünyaca məşhur informasiya nəhəngi “Huawei” tərəfindən hazırlanıb. İran rəsmiləri yeni şəbəkə ilə ölkə müxaliflərinin izlənilməsini qeyri-mümkün edən və ABŞ fondları tərəfindən maliyyələşdirilən proqramlarla asan şəkildə mübarizə apara biləcək. Eyni zamanda yeni şəbəkə internetə hələ də telefon xətti ilə daxil olan İran vətəndaşları üçün daha əlverişli olacaq. İran milli internetinə “www” ilə girmək mümkün olmayacaq. Hazırda ölkədə internetə daxil olmaq sürəti olduqca yavaş və bunun videoların izlənilməməsi üçün qəsdən edildiyi bildirilir. “Facebook” və “YouTube” kimi bir çox sayta isə daxil olmağa əngəl törədilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR