Bank Of Baku

Ağsuda çay üzərində yeni körpü tikilib

Ağsuda çay üzərində yeni körpü tikilib
# 21 sentyabr 2012 11:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dilman-Xatman avtomobil yolunun 1-ci km-də Ağsu çayı üzərində yeni tikilən körpü istifadəyə verilib.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, uzunluğu 73 metr, eni 8 metr olan əvvəlki körpü 2011-ci ilin may ayında yağan güclü yağışlardan yaranan sel sularının təsirindən qəzalı vəziyyətə düşüb. Problemin aradan qaldırılması üçün 2012-ci ilin aprel ayında yeni körpünün tikintisinə başlanılıb: «Müasir tələblərə cavab verən yeni körpünün uzunluğu 80,2 metr, qabariti isə 8 metrdir. Hər tərəfdə eni 1,25 metr olmaqla səkilər salınıb».

Qeyd edək ki, körpü Ağsu rayonunun Kalva, Suraxanı, Dilman, Hacman və Xatman kəndlərini respublika əhəmiyyətli yollarla, həmçinin Ağsu şəhəri ilə nəqliyyat əlaqəsini təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR