Bank Of Baku

Ötən gün təxirə salınmış Bakı-Moskva aviareysi bu gün yola salınıb

Ötən gün təxirə salınmış Bakı-Moskva aviareysi bu gün yola salınıb
# 24 sentyabr 2012 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən gün Rusiyanın «Siberia Airline» («S7 Airline») aviaşirkətinin təxirə salınmış Bakı-Moskva aviareysi Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Bu barədə «APA-Economics»ə aviaşirkətin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, sentyabrın 23-də saat 17:35-də yerinə yetirilməli 3356 saylı aviareys təyyarədə yaranan nasazlığa görə təxirə salınıb: «Sözügedən marşrut üzrə uçuş bu gün saat 17:50-də Bakı hava limanından yola salınıb».

Qeyd edək ki, «S7 Airline» aviaşirkəti Bakı-Moskva aviareysini «Airbus 320-200» avialayneri ilə yerinə yetirir. Lakin təxirə salınmış 3356 saylı aviareysi «Airbus 319» təyyarəsi ilə yerinə yetirib.

Xatırladaq ki, ötən gün həmçinin «S7 Airline»ın Bakı-Novosibirsk aviareysi analoji səbəbdən 6 saatlıq gecikmə ilə yerinə yetirilib. Belə ki, saat 14:00-da həyata keçirilməli aviareys saat 20:03-də yerinə yetirilib. Bu aviareys də «Airbus 320-200» təyyarəsi ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR