Bank Of Baku

Azərbaycanda məktəb müəllimləri üçün kompüter kursları keçirilib

Azərbaycanda məktəb müəllimləri üçün kompüter kursları keçirilib
# 25 sentyabr 2012 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı»na (Elektron Azərbaycan) uyğun olaraq regionlarda rəqəmsal geriliyin aradan qaldırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yerli mütəxəssislər tərəfindən Balakən rayonunun orta ümumtəhsil məktəblərinin 100 nəfər müxtəlif fənn müəllimləri üçün kompüter kursları təşkil olunub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədris kursları yay tətili müddətində (iyul-avqust aylarında) Balakən rayonunun Humanitar və Texniki Təmayüllü Liseyində və Balakən rayon Katex orta məktəbində xüsusi proqram əsasında aparılıb.

Kursda iştirak edən müəllimlər tədris proqramı əsasında kompüterin aparat və proqram təminatı, «Windows», «Word», XP, «Excel», «Power Point» proqramları, internet və elektron poçtu haqqında geniş nəzəri və praktiki biliklərə yiyələnib.

Kursun yekununda test keçirilərək müəllimlərə bilik səviyyələrinə uyğun dərəcələr üzrə sertifikatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR