Azərbaycanda mobil telefon nömrələrinin daşınması qaydaları müəyyənləşib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliliyinin təsdiqlədiyi «Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları»na əsasən, ilk növbədə ölkədə nömrə daşınması üzrə Mərkəzi Baza Sistemi yaradılacaq. Onun qurulması və idarə edilməsi ilə bağlı şərtlər Nazirlik tərəfindən mobil operatorlarla razılaşdırılacaq. Mərkəzi Baza Sisteminin ilkin mərhələdə yaradılması, istismar edilməsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün tələb olunan xərclər mobil operatorlar tərəfindən şəbəkələrində istifadə etdikləri hər bir nömrəyə görə 0,65 manat məbləğində ödənilən illik ödənişlər hesabına maliyyələşdirilir.
Qaydalara əsasən, mobil telefon nömrəsini digər operatora keçirmək istəyən fiziki və ya hüquqi şəxslər bunun üçün alıcı operatora (yəni, abunəçinin keçmək istədiyi) ərizə ilə müraciət etməli, bu zaman özünə aid olan məlumatları təqdim etməlidir. Bu nömrənin mövcudluğu, eləcə də təqdim olunan sənəd və məlumatların doğruluğu təsdiqlənəndən sonra daşınacaq nömrə üzrə alıcı operator və abunəçi arasında abunə müqaviləsi imzalanır.
Alıcı operator nömrə daşınması ilə bağlı imzalanmış ərizəni və sənədləri 2 iş günündən gec olmayaraq elektron formada Mərkəzi Baza Sisteminə, eləcə də ən geci 10 iş günü ərzində poçt vasitəsilə verici (abunəçinin xidmətindən imtina etmək istədiyi) operatora çatdırır.
Verici operator daşınması nəzərdə tutulan nömrəni və abunəçi barədə məlumatların
uyğunluğunu yoxlayır və nəticəni (verici operatorun nömrə daşınmasının həyata keçirməyə razı olduğunu və ya nömrə daşınmasından imtina etdiyini) 2 iş günündən gec olmayaraq Mərkəzi Baza Sistemi vasitəsi ilə alıcı operatora bildirir. Verici operator nömrə daşınmasından imtina etdikdə, imtinanın səbəbini göstərməlidir. «Abunəçi fiziki şəxsdirsə, onun adı, atasının adı, soyadı, doğulduğu tarix və yer barədə alıcı operator tərəfindən təqdim edilmiş məlumatlar verici operatorda olan məlumatlarla uyğunluq təşkil edərsə, verici operator nömrə daşınmasından imtina edə bilməz», - deyə sənəddə bildirilir.
Qaydalara əsasən, daşınması istənilən nömrə abunəçiyə aid olmadıqda, abunəçi barədə məlumatlarda səhv olduqda, daşınması tələb olunan nömrə üzrə borc olduqda verici operator nömrə daşınmasından imtina edir. Bundan başqa, daşınması tələb olunan nömrə 3 aydan az müddətdə istifadə edildikdə də onun daşınmasına yol verilmir. Nömrə ilə bağlı hər hansı məhkəmə işinin olması da onun daşınmasına mane ola bilər. İmtinaya səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra nömrə daşınması barədə təkrar müraciət edilə bilər.
Daşınmış nömrələrin yenidən digər operatora daşınması bir də 3 aylıq istifadədən sonra mümkündür. Nömrənin daşınmasına görə, abunəçi alıcı operatora birdəfəlik ödəniş etməlidir, amma bu ödənişin məbləği alıcının şəbəkəsində istifadəsi nəzərdə tutulan adi nömrənin satış qiymətindən çox ola bilməz. Qeyd edək ki, hazırda bu məbləğ bir neçə manatdan artıq deyil.
Qaydalara əsasən, mobil operatorlar nömrə daşınmasının həyata keçirilməsi üçün bütün texniki məsələləri həll etməli, o cümlədən abunəçilərə aid məlumatların məxfi saxlanmasını, daşınmış nömrələrə edilən zənglərin və məlumatların alıcı operatorun telekommunikasiya şəbəkəsinə yönləndirilməsini təmin etməlidir. «Daşınmış nömrələrin xidmət keyfiyyəti göstəricilərinin daşınmamış nömrələrin xidmət keyfiyyəti göstəriciləri ilə eyni olması təmin edilməlidir», - deyə qaydalarda bildirilir.
Bundan başqa, verici operator öz telekommunikasiya şəbəkəsindən daşınmış nömrəyə edilən zənglər üçün abunəçilərinə ayırdedici xəbərdarlıq siqnalı verməlidir. Nömrə daşınması prosesində abunəçinin fikrini dəyişdirəcək hər hansı təbliğat işlərinin operatorlar tərəfindən aparılması yolverilməzdir.
Qaydalara əsasən, mobil operatorlar nömrə daşınmasına və tələb olunan sənədlərə dair məlumatları, ərizə formalarını, abunəçinin hüquqları və öhdəlikləri, nömrə daşınmasının həyata keçirilməsi müddəti barədə istifadəçiləri, abunəçiləri məlumatlandırmalı və bu məlumatları özlərinin internet informasiya ehtiyatlarında yerləşdirməlidir.
Nəhayət, qaydalara əsasən, ölkədə mobil telefon nömrələrinə Mərkəzi Baza Sistemi qurulduqdan və bu barədə Nazirliyin mobil operatorlara məlumat verməsindən sonra başlanacaq.
İnfrastruktur
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Baş katib: Zəngəzur dəhlizi Avropaya yük daşımalarında məsafə və xərcləri azaldacaq
Xəbər Lenti
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq
Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq
Almaniya Kansleri: Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır
Ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb
Almaniya Kansleri Azərbaycandan daha çox qaz tədarük etmək üçün yaradılan şəraitə görə Prezidentə təşəkkür edib