Bank Of Baku

“Təmiz Şəhər” ASC tullantıların idarəolunması sahəsində gəncləri maarifləndirir

“Təmiz Şəhər” ASC tullantıların idarəolunması sahəsində gəncləri maarifləndirir
# 26 sentyabr 2012 15:05 (UTC +04:00)
Bakı – APA-Economics. “Təmiz Şəhər” ASC “Təbiət Dostları” Gənclər İctimai Birliyinin “Yaşıl Həftə - 2012” kampaniyasında iştirak edib.

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən “Təmiz Şəhər” ASC-nin Layihələrin idarəolunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov “Yaşıl İçki” tədbirində tullantıların idarəolunması mövzusunda gəncləri məlumatlandırıb.

“Tullantıların idarəedilməsi” mövzusuna həsr edilmiş görüşdə iştirakçılara tullantıların zərərsizləşdirilmə üsulları, ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlər və gənclərin bu sahədə rolundan bəhs edilib.
Həmçinin “Təmiz Şəhər” ASC-nin Balaxanı poliqonunun təkmilləşdirilməsi və müasir standartlara uyğun qurulması sahəsində gördüyü işlər, artıq sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun iş mexanizmi və ilin sonunda istismara veriləcək Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında geniş məlumat verilib.

“Təmiz Şəhər” ASC-nin nümayəndəsi sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmış və gəncləri ətraf mühitin mühafizəsi sahəsində daha aktiv fəaliyyətə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR