Bank Of Baku

Dubay-Bakı aviareysinin ekonom sinif sərnişinləri üçün yeni baqaj daşınması qaydaları tətbiq olunub

Dubay-Bakı aviareysinin ekonom sinif sərnişinləri üçün yeni baqaj daşınması qaydaları tətbiq olunub
# 26 sentyabr 2012 15:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Dubay-Bakı istiqamətindəki uçuşlarda ekonom sinif sərnişinləri üçün yeni baqaj daşınması qaydalarının tətbiqinə hazırlaşır.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 1-dən etibarən AZAL-ın Dubay-Bakı istiqamətindəki uçuşlarında ekonom sinif sərnişinləri üçün baqajın pulsuz daşınması norması 2 yer (hər biri 23 kq artıq olmamaq şərti ilə) müəyyən edilib.

Dubay-Bakı istiqamətindəki uçuşlarında biznes sinif sərnişinləri üçün baqajın pulsuz daşınması norması 2 yer (hər biri 32 kq artıq olmamaq şərti ilə) dəyişilməz olaraq qalır.

Qeyd edək ki, Bakı-Dubay istiqamətindəki uçuşlarda baqajın pulsuz daşınması norması dəyişilməz olaraq qalır – biznes sinif üçün 2 yer (hər biri 32 kq artıq olmamaq şərti ilə), ekonom sinif üçün isə 1 yer (hər biri 23 kq artıq olmamaq şərti ilə).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR