Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycana bərk məişət tullantıları sektorunun inkişafına 800 min dollar yardım ayıracaq

Asiya İnkişaf Bankı Azərbaycana bərk məişət tullantıları sektorunun inkişafına 800 min dollar yardım ayıracaq
# 27 sentyabr 2012 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) şəhərsalma üzrə missiyası Azərbaycanda olub.

AİB-in Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, missiyaya AİB-in şəhərsalma üzrə baş mütəxəssisi Drajen Kuçan rəhbərlik edib. Üç gün davam edən səfər zamanı D.Kuçan Azərbaycanda bərk tullantıların emalı sektorunun inkişafı və hökumətin həmin sektorda gələcək işlərini müzakirə edib.

Missiya İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər müvafiq dövlət orqanları və bərk tullantılar sektorunun Azərbaycanda idarə olunması ilə məşğul olan beynəlxalq tərəfdaşlar, o cümlədən Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniya İnkişaf Bankı (KfW) ilə görüş və müzakirələr aparıb.
Missiyanın məqsədi Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə bərk məişət tullantıları sektorunun inkişafı üçün AİB-in 800 min ABŞ dolları məbləğində yardım qrantının ayrılmasını müzakirə etməkdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR