Bank Of Baku

Almaniyanın sabiq dövlət naziri: “Azərbaycanın təhsilli gəncləri iqtisadiyyata yönləndirilməlidir”

Almaniyanın sabiq dövlət naziri: “Azərbaycanın təhsilli gəncləri iqtisadiyyata yönləndirilməlidir”
# 27 sentyabr 2012 14:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Energetika imkanlarının olması, əlverişli coğrafi mövqeyi və demoqrafik imkanları Azərbaycanın gələcəkdə də sürətli iqtisadi inkişafına şərait yaradır. “APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən «Körpülərin salınması» beynəlxalq konfransında Almaniyanın sabiq dövlət naziri, Avropa Məsələləri üzrə İnstitutun (İNEA) sədri Yurgen Qramke bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda çoxsaylı gənclər var və onların təhsil alaraq iqtisadiyyata yönləndirilməsi ölkədə iqtisadi sektorun sürətli artımında mühüm rol oynaya bilər: “Azərbaycan iqtisadi inkişafını təmin etmək yollarından biri kimi infrastrukturun inkişafını davam etdirməlidir. Ölkənin imicinin yaxşılaşdırılması üzrə işlər də davam etdirilməlidir”.

İNEA sədri ölkədə təhsil sisteminin inkişafı və gənclərin təhsil almasının mühüm amil olduğunu bildirib: «Bizimlə görüşündə dövlət başçısı da hökumətin təhsil məsələlərinə xüsusi diqqət yetirdiyini və bu sahənin prioritet olduğunu xüsusi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR