Bakı Metropoliteninin «Həzi Aslanov-2 – Yeni Günəşli» sahəsi yaxın 5 ildə istismara veriləcək
Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, bu istiqamətdə uzunluğu 7 km-ə çatan tunellər qazılacaq və 3 stansiya inşa olunacaq. «Həzi Aslanov-2» stansiyasının yerləşəcəyi ərazidə tikinti işləri plana uyğun olaraq ilkin mərhələdədir: «Stansiyanın tikintisinin əvvəlki illərdə nəzərdə tutulmayan, lakin sonra inşa olunmuş binaların əhatəsində aparılması yerli sakinlərin narahatlığına səbəb olub. Lakin tikintinin müasir üsul, qayda və normalara uyğun aparılması ilə bağlı izahatlardan sonra bu narahatlıq aradan qaldırılıb».
Metropolitendən verilən məlumata əsasən, binaların vəziyyəti gün ərzində bir neçə dəfə aparılan müşahidələrlə yoxlanılır. Burada podratçı qismində svayvurma işlərini yerinə yetirən «Körpü-Bina-Tikinti» şirkətinin «Həzi Aslanov-2» stansiyasının ərazisində müasir ölçmə cihazları ilə təchiz olunmuş laboratoriyası da fəaliyyət göstərir: «Ətrafda olan bütün yaxın binalarda monitorinq nöqtələri müəyyən olunub. Vəziyyət avtomat elektron taxometr cihazlarında əksini tapır. Ölçmələr davamlı aparılır. Əsas məqsəd binaların təhlükəsizliyidir. Hər məlumat əsasında binalarda deformasiyaların olub-olmadığı müəyyənləşir. Gündəlik akt tərtib olunur, müvafiq təşkilatlara təqdim edilir. Gün ərzində, əsasən, 3 dəfə ölçmə aparılır və əsas məlumatlar bunun üzərində qurulur».
Bu günə qədər normadan kənaraçıxma müşahidə olunmayıb. Burada tikinti prosesi tamamlanana qədər bu iş davam etdiriləcək.
«Ümumən, tikinti sahəsində iki cihaz tətbiq olunur. Digər cihazın funksional işi svaylar üzrə aparılan ölçmələrdir. 32 metr dərinliyə qədər vurulan boruların içərisində betonlamadan əvvəl inklinometrlər yerləşdirilir. Qazıntı işlərinə başlanarkən, həmin ötürücülər bu cihaza siqnallar ötürür. Hər yarım metrdən bir hesabat əldə olunur. Kompüterdə avtomatik təhlillər aparılır və xüsusi qrafiklərdə baş verənləri izləmək mümkündür. Bununla svayların vəziyyəti haqqında məlumat əldə olunur», - deyə metropolitendən bildirilib.
Qazıntı, daha sonra tikinti aparılarkən, müxtəlif dərinliklərdə qrunt laylarında yerdəyişmələrin diaqramı sahədə deformasiyanın olub-olmadığını üzə çıxarır. Bunun da əsasında yerin vəziyyəti haqqında müfəssəl məlumat əldə etməklə işləri tam təhlükəsiz və etibarlı şəkildə aparmaq olur: «Bir sözlə, aparılan ölçmələr sayəsində nəinki ətraf binaların, həmçinin tikintinin təhlükəsizliyi təmin olunur».
İnfrastruktur
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Baş katib: Zəngəzur dəhlizi Avropaya yük daşımalarında məsafə və xərcləri azaldacaq
Xəbər Lenti
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq
Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq
Almaniya Kansleri: Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır
Ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb
Almaniya Kansleri Azərbaycandan daha çox qaz tədarük etmək üçün yaradılan şəraitə görə Prezidentə təşəkkür edib