Bank Of Baku

Azərbaycanla Avropa Birliyi arasında vahid aviasiya məkanı haqqında saziş 2015-ci ilədək imzalana bilər

Azərbaycanla Avropa Birliyi arasında vahid aviasiya məkanı haqqında saziş 2015-ci ilədək imzalana bilər
# 28 sentyabr 2012 09:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA-Economics. Avropa Komissiyası 2015-ci ilədək Azərbaycan və Avropa Birliyi (AB) arasında birgə aviasiya məkanı haqqında saziş imzalanmasını təklif edir.

APA-Economics”in xəbərinə görə, bu barədə Avropa Komissiyası mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

AB-nin aviasiya sənayesinin yeni bazarlara çıxışını asanlaşdırmaq üçün Avropa Komissiyası birlik üzvü olan ölkələrdən bir sıra dövlətlər, o cümlədən Azərbaycanla danışıqlar aparılması üçün mandat istəyib.

Danışıqlar uğurla keçərsə və saziş imzalanması ilə başa çatarsa, bu, Azərbaycana AB-nin vahid hava məkanının bir hissəsi olmaq imkanı verəcək. Bu isə daşımaların həyata keçirilməsi ilə bağlı bir sıra prosedurların yüngülləşdirilməsi deməkdir.

Qeyd edək ki, 2009-cu ilin iyul ayında Azərbaycan və AB arasında aviasiya sahəsinə dair saziş imzalanıb. Bu sənəd Avropa aviaşirkətlərinə AB üzvü olan hər bir ölkə və Azərbaycan arasında uçuşlar həyata keçirmək imkanı verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR