Bank Of Baku

Bu il Nizami rayonunda yeni yeraltı piyada keçidi istifadəyə veriləcək

Bu il Nizami rayonunda yeni yeraltı piyada keçidi istifadəyə veriləcək
# 28 sentyabr 2012 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində – Heydər Əliyev Parkının qarşısında yeraltı piyada keçidinin tikintisi bu il başa çatdırılacaq.

«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə Tədbirlər Planına uyğun olaraq, Qara Qarayev prospektində - Heydər Əliyev Parkının qarşısında yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir. Uzunluğu 44 metr, eni 12 metr, hündürlüyü isə 3 metr olacaq yeraltı keçidin Heydər Əliyev Parkına və «Diqlas» Ticarət Mərkəzinə tərəf giriş-çıxışı olacaq. Bununla yanaşı, 24 metr hissəsi tikilən keçiddə hazırda pərdələrin betonlanmasına hazırlıq işləri gedir. Ümumilikdə işlərin 65%-i görülüb. Tikintinin 2012-ci ildə başa çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR