Bank Of Baku

IATA dünya aviasiya sənayesinin gəlirlərinə dair proqnozlara yenidən baxa bilər

IATA dünya aviasiya sənayesinin gəlirlərinə dair proqnozlara yenidən baxa bilər
# 28 sentyabr 2012 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünya bazarında neftin qiymətinin qeyri-stabil olması, dünya iqtisadiyyatının zəif artımı, hava nəqliyyatında yükdaşımanın həcminin azalması və sərnişindaşımanın dinamikasının zəifləməsi nəticəsində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) dünya aviasənayesinin 2012-ci ilin yekunlarına görə gəliri ilə bağlı iyun ayındakı proqnozlarına yenidən baxa bilər. «APA-Economics»in məlumatına görə, bunu IATA-nın baş direktoru Toni Tayler (Tony Tayler) bildirib.

Onun sözlərinə görə, proqnozun yenidən baxılması onun mütləq azaldılması mənasını daşımır. Belə ki, iyun proqnozlarına əsasən, 2012-ci ildə dünya aviasənayesinin xalis mənfəəti 3 mlrd. ABŞ dolları təşkil edəcək, halbuki 2011-ci ildə bu göstərici 7,9 mlrd. dollar olub. Bu il ərzində IATA sərnişindaşımanın həcminin ötən ilə nisbətən 4,6% artaraq 2,96 mlrd. nəfərə çatacağını gözləyir.

Eyni zamanda, Assosiasiya yükdaşımaların həcmində də cüzi olsa belə artım gözləyir. Cari il ərzində dünya aviaşirkətləri tərəfindən 47,8 mln. ton yükün daşınması proqnozlaşdırılır. Ötən il bu göstərici 47,7 mln. ton təşkil edib.

T.Tayler qeyd edib ki, IATA dünya aviasənayesinin perspektivlərini qiymətləndirdikdə dünya iqtisadiyyatının ümumi vəziyyəti, o cümlədən Çin iqtisadiyyatının dinamikasının zəifləməsi, ilin əvvəlində dinamik inkişaf etdiyini və daha sonra büdrəyən Yaponiya iqtisadiyyatının vəziyyəti və Avropada davam edən böhranı nəzərə alacaq: «Bütün bu amillərin bir-biri ilə nə qədər əlaqəli olmasını bilmək maraqlı olardı».

IATA rəsmisi dünya aviasənayesində konsolidasiyanın davam edəcəyini də gözləyir. Lakin siyasi məhdudiyyətlərə görə, aviasənayenin zəif inkişaf edəcəyi də istisna deyil: «Bu, artıq tendensiyadır və çətin ki, bu dəyişsin».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR