Bank Of Baku

Bərdə-Tərtər avtomobil yolu əsaslı təmir olunur

Bərdə-Tərtər avtomobil yolu əsaslı təmir olunur
# 01 oktyabr 2012 08:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bərdə-İstisu avtomobil yolunun Bərdə-Tərtər hissəsinin əsaslı təmiri davam etdirilir.

«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 2 texniki dərəcəli və 2 zolaqlı yolda əsaslı təmir işlərinə cari ilin sentyabr ayında başlanılıb: «Uzun müddət istismarda olan yol əsaslı təmir edilmədiyindən çox hissəsi deformasiyaya uğrayıb. Hazırda yol geyiminin sıradan çıxmış hissələri kəsilib çıxarılır, yeni materialla doldurularaq profilə salınır».

Uzunluğu 18 km olan yolda yeni asfalt-beton örtüyünün döşənməsi hərəkətin intensivliyi nəzərə alınaraq, nəqliyyat sıxlığının yaranmaması üçün gecə saatlarında həyata keçirilir. Artıq yolun 5 km hissəsinə 1 qat asfalt-beton örtük döşənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR