Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 15% artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 15% artıb
# 01 oktyabr 2012 13:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda hava nəqliyyatı vasitəsilə sərnişindaşımanın və yükdaşımanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk səkkiz ayı ərzində hava nəqliyyatı ilə 1,1 mln. nəfər sərnişin və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14,8% çox sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 98,6%-i dövlət bölməsinə, 1,4%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

Hava nəqliyyatı ilə yükdaşımasının həcmi yanvar-avqustda 18,7% artaraq 37,3 min ton təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 6 hava limanı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR