Bank Of Baku

Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 4% artıb

Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 4% artıb
# 01 oktyabr 2012 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 3,9% artaraq 8,5 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 60,9%-ni neft yükləri, 39,1%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib: «Hesabat dövründə dəniz limanlarında 8,1 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 1% artım olub. İşlənmiş yüklərin 86,3%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 3% artıb».

Bu il sentyabrın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 60,5 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,1% çox idxal yüklərin qalığı olub.

Bununla yanaşı, cari ilin ilk səkkiz ayı ərzində dəniz nəqliyyatı vasitəsilə 11,4 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR