Bank Of Baku

Bu il Bakı Metropolitenindən istifadə edənlərin sayı 125 mln-u ötüb

Bu il Bakı Metropolitenindən istifadə edənlərin sayı 125 mln-u ötüb
# 02 oktyabr 2012 08:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayı ərzində Bakı Metropolitenindən 12,6 mln. sərnişin yararlanıb ki, bu da əvvəlki aya nisbətən 10,6% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında metrodan 126,7 mln. sərnişin istifadə edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,2% çoxdur.

Göründüyü kimi, hesabat dövründə hər bir ölkə sakini təxminən 14 dəfə metrodan istifadə edib.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR