«Türk Hava Yolları» İstanbuldan Bakı, Naxçıvan və Gəncəyə aviabiletlərin qiymətini endirib
02 oktyabr 2012 09:08 (UTC +04:00)
«APA-Economics»in aviaşirkətin rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, kampaniya İstanbuldan Balkan regionu şəhərlərinə, həmçinin Azərbaycan və Gürcüstanın şəhərlərinə uçuşları əhatə edir. Belə ki, sərnişinlər İstanbuldan Buxarest (Rumıniya), Sofiya (Bolqarıstan), Belqrad (Serbiya), Zaqreb (Xorvatiya), Tirana (Albaniya), Skopye (Makedoniya), Priştina (Kosovo), Podqoritsa (Monteneqro), Lyublyana (Sloveniya), Sarayevo (Bosniya və Herseqovina) və Kişinyova (Moldova), həmçinin Bakı, Naxçıvan və Gəncə, Gürcüstanın isə Tbilisi və Batumi şəhərlərinə aviabileti 99 avroya ala bilər. Bu qiymətə hər iki istiqamətə uçuş daxildir.
Kampaniya oktyabrın 20-dək davam edəcək. Kampaniya çərçivəsində alınan aviabiletlər sözügedən şəhərlərə noyabrın 1-dən 2013-cü il fevralın 14-dək uçuşlar üçün şamil olunur.
Kampaniya oktyabrın 20-dək davam edəcək. Kampaniya çərçivəsində alınan aviabiletlər sözügedən şəhərlərə noyabrın 1-dən 2013-cü il fevralın 14-dək uçuşlar üçün şamil olunur.
İnfrastruktur
Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə fəaliyyət göstərəcəyini deyib
19:32
16 may 2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək
17:14
16 may 2024
“Azərişıq” sədri Şəkidə vətəndaşları qəbul edib
17:11
16 may 2024
ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət
14:21
16 may 2024