Bank Of Baku

Azərbaycanda poçt ticarətinin tətbiqi planlaşdırılır

Azərbaycanda poçt ticarətinin tətbiqi planlaşdırılır
# 02 oktyabr 2012 12:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» dövlət poçt rabitəsi operatoru ölkədə poçt ticarətinin tətbiqi imkanlarını nəzərdən keçirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, poçtla ticarət universal ticarətin yeni formasıdır. Burada əsas məqsəd alınan malların haqqının poçt rabitəsi şöbələrində ödənilməsi imkanından ibarətdir.

Qeyd edək ki, məsafəli ticarət müasir poçt operatorlarının biznesinin inkişafında ən perspektivli istiqamətlərdən biridir. Ticarətin bu növünün perspektivliliyi internet şəbəkəsinin proqressiv inkişafı və istifadəçilərin kommersiyada informasiya texnologiyalarının tətbiqinə yüksək hazırlığından irəli gəlir.

Azərbaycanda poçt ticarəti xidmətinin tətbiqinin başlıca cəhəti idxal olunan malların gömrük sənədləşdirilməsi prosedurasının sadələşdirilməsi üzrə məsələlərin razılaşdırılmasıdır. Çünki xaricdəki ünvandan respublika ərazisindəki digər ünvana göndərilən beynəlxalq poçt bağlamaları idxal olunan mal kimi sənədləşdirmə prosedurasından keçməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR