Bakı-Böyük Kəsik dəmir yolunun Kürəkçay-Goran hissəsində əsaslı təmir işləri başlayıb
02 oktyabr 2012 13:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, oktyabrın 2-5-də növbəti yol qoyuluşu həyata keçiriləcək və Kürəkçay-Goran mənzilində 6 km yol əsaslı təmir olunacaq. Artıq səhər saatlarında Kürəkçay-Goran mənzilində söküntü işlərinə başlanılıb.
Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci ilin iyun ayında Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 124 km yol əsaslı təmir olunub. İlin sonuna kimi əsaslı təmir olunmuş kilometrlərin sayı 150-yə çatacaq.
Qeyd edək ki, təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə artırmaq mümkün olacaq.

İnfrastruktur
Bakı və Abşeronda avtobusların nağdsız ödənişə keçidi 14 %-dən çox artıb
15:26
20 may 2024
Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
15:05
20 may 2024
Zəngilan şəhərində yolların ümumi uzunluğu 31 kilometr olacaq - FOTO
14:37
20 may 2024
Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib
12:33
20 may 2024