Bank Of Baku

«Aeroflot» aviaşirkəti endirim kampaniyası keçirir

«Aeroflot» aviaşirkəti endirim kampaniyası keçirir
# 03 oktyabr 2012 08:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Aeroflot» aviaşirkəti «Uçuş həftəsi» adlı kampaniyaya start verib.

«APA-Economics»in aviaşirkətin rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, kampaniya çərçivəsində «Aeroflot» Avropa, Asiya və Amerika qitələrinin 80 şəhərlərinə endirimli qiymətlərlə aviabiletlər təklif edir. Sözügedən biletləri oktyabrın 8-dək əldə etmək mümkündür. Kampaniya çərçivəsində alınan biletlərlə uçuşlar oktyabrın 9-dan 2013-cü il martın 31-dək yerinə yetirilməlidir.

Kampaniya çərçivəsində Moskva-Bakı-Moskva aviareysini yerinə yetirən «Aeroflot» şirkəti Azərbaycan sərnişinləri üçün 360 avroya Moskvadan Banqkoka (Tailand), 400 avroya Vaşinqtona (ABŞ), 250 avroya Honkonqa (Çin), 320 avroya Quançjouya (Çin), 180 avroya Dehliyə (Hindistan), 390 avroya Los-Ancelesə (ABŞ), 500 avroya Mayamiyə (ABŞ), 250 avroya Nyu-Yorka (ABŞ), 250 avroya Pekinə (Çin), 400 avroya Seula (Cənubi Koreya), 350 avroya Tokioya (Yaponiya), 650 avroya Hanoya (Vyetnam), 380 avroya Hoşiminə (Vyetnam) və 300 avroya Şanxaya (Çin) aviabiletlər təklif olunur. Qeyd olunan qiymətlərə əks isniqamətlə, yəni Moskvaya uçuş da daxildir. Aeroport rüsumları isə qiymətlərə daxil deyil.

Qeyd edək ki, «Aeroflot» şirkəti Bakıdan Moskvanın Şeremetyevo hava limanına həftənin hər günü saat 06:20-də və 16:25-də uçuşlar həyata keçirir. Bakı-Moskva-Bakı aviareysinə bir biletin minimal qiyməti hazırda 404 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR