Bank Of Baku

Azərbaycan «elektron imza» vəsiqəsinin alınma proseduralarını sadələşdirir

Azərbaycan «elektron imza» vəsiqəsinin alınma proseduralarını sadələşdirir
# 03 oktyabr 2012 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə «elektron imza» («e-imza») vəsiqəsinin alınması proseduralarını sadələşdirir. Bu barədə «APA-Economics»ə nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.

«Bundan sonra Azərbaycanda istənilən vətəndaş «e-imza» vəsiqəsini daha asan qaydada əldə edə biləcək. Belə ki, hazırda «e-imza» vəsiqəsinin alınması proseduralarına yeniliklər edilərək, daha da sadələşdirilir. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elektron ərizə proqram məhsulu hazırlanıb. Bu proqramın köməyi ilə istənilən vətəndaş artıq internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və «online» qaydada ödəniş etməklə, «e-imza» kartı sifariş edə bilər», - deyə M.Əmirov bildirib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, hazırda hər bir vətəndaş, dövlət hakimiyyəti orqanı və hüquqi şəxslərin səlahiyyətli nümayəndəsi bütün respublika ərazisini əhatə edən Qeydiyyat Mərkəzlərinə müraciət etməklə «e-imza» sertifikatı ala bilir: «Amma birbaşa Qeydiyyat Mərkəzlərinə müraciət etməklə «e-imza» sertifikatı əldə etmək üçün Bakı şəhərində minimum 3 gün, regionlarda isə 7 gün vaxt lazımdır. Bu vaxtın əsas hissəsi istifadəçi ərizələrinin Sertifikat Xidmət Mərkəzlərinə, hazır məhsulların isə vətəndaşlara çatdırılmasına sərf olunur. Yenilik isə istifadəçilərə xidmət keyfiyyətini yüksəltmək, vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, «e-imza» sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını alacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR