Bank Of Baku

Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolunda Kür çayı üzərindən keçən iki körpü əsaslı təmir olunacaq

Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolunda Kür çayı üzərindən keçən iki körpü əsaslı təmir olunacaq
# 03 oktyabr 2012 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Kür çayı üzərindən keçən iki körpü əsaslı təmir olunacaq.

«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri, eləcə də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirən bu yolun uzunluğu 59 km təşkil edir: «Qeyd edək ki, 26 km-i asfalt-beton, 33 km-i isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yarasız vəziyyətə düşüb».

İkinci texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulan yol boyu artıq 54 km hissədə torpaq yatağının, 40 km-də isə əsasın tikintisi yekunlaşıb. Hazırda süni qurğularla yanaşı, digər sahələrdə yolun əsası tikilir: «Layihə çərçivəsində 5-ci km-də Acıdərəçay, 17-ci km-də Kür çayı üzərindəki körpülər də əsaslı təmir olunacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR