Dünyanın ən yaxşı aeroportları müəyyənləşib
03 oktyabr 2012 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Brüssel (Belçika), Nayrobi (Keniya), Dallas (ABŞ), Yekaterinburq (Rusiya) və Sinqapurun (Sinqapur) hava limanları Abu-Dabidə (BƏƏ) keçirilən «World Routes Awards 2012» mükafatlandırma mərasimində ən yaxşı aeroportlar adına layiq görülüb.
«APA-Economics»in məlumatına görə, 1995-ci ildən keçirilən «World Routes Awards» mükafatının unikallığı ondan ibarətdir ki, qaliblər aeroportlarda yerüstü xidmətləri qiymətləndirən aviaşirkətlər tərəfindən seçilir.
Nominantlar dünyanın 5 regionundan seçilir – Avropa, Afrika, Şimali Amerika, Cənubi Amerika və MDB (bu nominasiya ilk dəfə olaraq 2012-ci ildə yaradılıb).
MDB məkanında ən yaxşı aeroport adına Yekaterinburqun Koltsovo hava limanı layiq görülüb. Bu hava limanı Moskvanın Şeremetyevo, Novosibirskin Tolmaçevo və Sankt-Peterburqun Pulkovo aeroportlarını geridə qoyaraq birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, ənənəvi olaraq nominantlar arasında yalnız iri hava limanları (Afrika və MDB istisna olmaqla) yer alıb. Lakin bu il ilk dəfə idi ki, ildə 4 mln-dan az sərnişinə xidmət göstərən aeroportlar da müsabiqəyə qatılıb. Bu nominasiyada Avstraliyanın Darvin aeroportu qalib gəlib.

İnfrastruktur
Bakıda 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir
19:01
22 may 2024
Ev təsərrüfatlarının uçotu qaydası təsdiq edilib
18:35
22 may 2024
8 Noyabr prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:18
22 may 2024
Dünya Bankı Qara dəniz sualtı elektrik kabeli layihəsi üçün 30 milyon dollar ayırıb
15:01
22 may 2024