Bank Of Baku

Azərbaycanda fiziki şəxslər üçün «e-imza» kartlarının qiyməti aşağı salınacaq

Azərbaycanda fiziki şəxslər üçün «e-imza» kartlarının qiyməti aşağı salınacaq
# 04 oktyabr 2012 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «e-imza» kartının alınması prosedurasının sadələşdirilməsi «e-imza» kartlarının istifadəçilərinin sayının artmasına təkan verəcək. «APA-Economics»in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev bildirib.

Qeyd edək ki, Nazirliyin qərarı ilə bundan sonra Azərbaycanda istənilən vətəndaş «e-imza» vəsiqəsini daha asan qaydada əldə edə biləcək. Belə ki, hazırda «e-imza» vəsiqəsinin alınması proseduralarına yeniliklər edilərək, daha da sadələşdirilir. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elektron ərizə proqram məhsulu hazırlanıb. Bu proqramın köməyi ilə istənilən vətəndaş artıq internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və «online» qaydada ödəniş etməklə, «e-imza» kartı sifariş edə bilər.

İ.Əliyev bildirib ki, istifadəçilərin sayının artmasına həmçinin «e-xidmətlər»in kifayət qədər olmasından və onlara olan tələbatdan asılıdır. Qiymət siyasətinə gəldikdə isə İ.Əliyev vurğulayıb ki, fiziki şəxslər «e-imza» kartlarını aldıqda qiymətlərin aşağı düşməsi gözlənilir və kart müvafiq olaraq 1 il müddətinə veriləcək.

Hazırda beynəlxalq praktikada bir dəfəlik və ya bir neçə dəfəlik kartlardan istifadə mövcuddur. Bu praktika Azərbaycanda da tətbiq oluna bilər. Hazırda ölkədə 36 dövlət qurumu 150-dən artıq «e-xidmət» göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR