Bank Of Baku

Son 5 ildə Azərbaycanın İT sektoru 6 dəfə genişlənib - FOTO

Son 5 ildə Azərbaycanın İT sektoru 6 dəfə genişlənib - <font color=red>FOTO</font>
# 04 oktyabr 2012 12:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanın informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə genişlənib, məhsul ixracı 5 dəfə artıb, özəl sektorun bazar payı isə genişlənərək 80%-ə çatıb.

Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda İKT sektorunun gəlirləri hər üç ildə 2 dəfə artır və bu göstərici üzrə Azərbaycan ümumdünya orta göstəricisini təxminən 2-2,5 dəfə qabaqlayır.

M.Əmirov onu da bildirib ki, Azərbaycanda 2004-2011-ci illər ərzində İKT sektoruna 3 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb, bunun da 21%-ni xarici investisiyalar təşkil edib.

«Beynəlxalq internet kanallarının tutumu dəfələrlə artırılaraq 200 GB/saniyəyə çatdırılıb və bir çox regional informasiya serverləri ölkədə yerləşdirilib. Nəticədə, Azərbaycan regionda internet xidmətlərinin ixracatçısına çevrilib», - deyə Nazirlik rəsmisi bildirib.

M.Əmirov həmçinin qeyd edib ki, hazırda ölkə əhalisinin 65%-i internet istifadəçisidir və onların da təxminən yarısı genişzolaqlı internet istifadəçisidir: «Bu göstəriciyə görə Azərbaycan ümumdünya orta göstəricisini 2 dəfə üstələyir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR